Ukrayna və Rusiya Federasiyası arasında tammiqyaslı müharibənin sülh yolu ilə həlli üzrə Səudiyyə Ərəbistanında yerləşən Ciddə şəhərində aparılan danışıqlar müəyyən nəticə verib.

QHT.az Çin Xarici İşlər Nazirliyinin yazılı bəyanatına istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanında keçirilən sammit “beynəlxalq konsensusun möhkəmlənməsinə” kömək edib.

Çin tədbirə Rusiya Federasiyasındakı keçmiş səfiri, Avrasiya məsələləri üzrə xüsusi elçi Li Huini göndərib. Çin Xarici İşlər Nazirliyi qeyd edib ki, diplomat “Ukraynadakı böhranın siyasi həlli ilə bağlı bütün tərəflərlə geniş əlaqələr və ünsiyyət qurub, bütün tərəflərin fikir və təkliflərini dinləyib və beynəlxalq konsensus daha da möhkəmlənib”.

 

Pərvanə Fərhadqızı