Şimali Koreyadan olan hakerlər ballistik və qanadlı raketlər istehsal edən Rusiya korporasiyasının kompüter şəbəkələrini sındırıblar.

QHT.az xəbər verir ki, söhbət NPO Mashinostroeniya-dan gedir. Şimali Koreya hökuməti ilə əlaqəsi olan “ScarCruft” və “Lazarus” kiber-casus qruplarının Moskva yaxınlığındakı Reutovda yerləşən NPO Maşinostroyeniye-nin sistemlərinə gizli rəqəmsal arxa qapılar quraşdırdıqları bildirilir.

Şimali Koreyalı hakerlərin elit qrupu ötən ilin beş ayı ərzində Rusiyanın ən böyük raket istehsalçılarından birinin kompüter şəbəkələrinə gizli şəkildə soxulub. Hakerlər 2021-ci ilin sonundan 2022-ci ilin may ayına kimi NPO Mashinostroeniya-nın şəbəkələrinə daxil olub.

Hazırda hansı məlumatlara baxıla biləcəyi və hansı məlumatların sızdığı barədə məlumat verilmir.

 

Pərvanə Fərhadqızı