Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyasının onlayn iclası keçirilib.
Şura üzvü Sahib Məmmədovun sədrliyi ilə keçirilən iclasda Şuranın 2020-cı ildə 26 qurumla birgə təşkil etdiyi qrant müsabiqəsinin nəticələri ilə razılaşmayan 31 QHT-nin müraciətinə baxılıb.
Qarşılıqlı anlaşma və müzakirə şəraitində keçən iclasda Apelyasiya Komissiyasına təqdim olunmuş hər bir layihə yenidən nəzərdən keçirilib və nöqsanlar QHT rəhbərlərinin nəzərinə çatdırılıb.
Müzakirələrdə aidiyyəti dövlət qurumlarının nümayəndələri və ekspertlər də iştirak edib.












