Uşaq Səfirlər Məclisinin Şamaxı rayon nümayəndələrinin təşəbbüsü, Şamaxı Rayon İcra Hakimiyyəti və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suverenliyin izi ilə” adlı tədbir keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə “Zəfərin Suverenlik zirvəsi” adlı videoçarx nümayiş olunub.
Daha sonra “Azərbaycanın Suverenliyə gedən yolu – tarix və reallıq” mövzusunda, “44 günlük müharibə və tarixi qələbəmiz”, “Zəfərə açılan qapı: Aprel döyüşləri”, “Qarabağda Antiterror əməliyyatları və ədalətin bərpası”, “Tarixi Zəfərdən Qarabağa qayıdış” mövzularında şagirdlərə ətraflı məlumatlar verilib.
Mövzu ətrafında geniş müzakirələr aparılıb, sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.












