Təhsil Nazirliyi yanında İctimai Şuraya üzvlüyə namizədlər və seçici qismində çıxış edəcək vətəndaş cəmiyyəti institutları təmsilçilərinin iyulun 22-dən başlayan qeydiyyat prosesi yekunlaşıb.
QHT.az xəbər verir ki, İctimai Şuraya namizədliyə və seçici qismində iştirakla bağlı Təhsil Nazirliyinə (elektron qaydada və ya Vətəndaşların Qəbulu Mərkəzinə) 125-dən çox müraciət daxil olub. Həmin müraciətlər Təhsil Nazirliyinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən təşkil olunmuş Seçki Komissiyası tərəfindən yoxlanılıb. Sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 44 seçici və 34 namizəd rəsmi qeydiyyata alınıb.
İctimai Şuraya seçkilərin keçirilmə tarixi və yeri barədə yaxın günlərdə məlumat veriləcək.
Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılır. İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil etmək, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olacaq.
İctimai Şuraya üzvlüyə namizədlərin siyahısı
1. Axundov Cavid Nəriman oğlu - Dərs Evi -“UPC” MMC-nin Məhsul şöbəsinin müdiri
2. Bənənyarlı Səadət İzzət qızı - “Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi” İctimai Birliyinin sədri
3. Cahangirov Asif Baxış oğlu - Təhsil eksperti
4. Cəfərzadə Mirzə Həkiməli oğlu - Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədr müavini
5. Əhmədov İlham Bəşir oğlu - “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin sədr müavini, ADPU-nun dosenti
6. Əhmədov Turab Bahadur oğlu - Müasir Təhsil Kompleksinin müəllimi
7. Əliyev Etibar Qasım oğlu - AMEA-nın Fəlsəfə İnstitutunda böyük elmi işçi, fəlsəfə üzrə fəlsəfə doktoru, “XXI əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədri
8. Əliyev Mayis Nəbi oğlu - “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri
9. Əliyev Ülvi Məmmədəli oğlu - “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyinin sədri
10. Əlizadə Hikmət Abdul oğlu - Respublika Təhsil Şurasının sədri
11. Əsgərli Asif Məmməd oğlu - “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin sədri
12. Əsgərov Şahlar Qaçay oğlu - Təhsil eksperti, professor
13. Fərzəliyev Sahib Abduləli oğlu - Texnika üzrə fəlsəfə doktoru, “Potensial” Sumqayıt Mütəxəssislər İctimai Birliyinin sədri
14. Həsənov İlkin Oruc oğlu - “Təhsildə Araşdırma və İnkişaf Mərkəzi”nin direktoru
15. Hüseynov Hüseyn Cəlil oğlu - AMEA-nın Rəyasət Heyəti aparatının Elm və Təhsil Baş İdarəsinin rəis müavini
16. İsmayılova Elizə Sahadulla qızı - BDU-da baş müəllim, fəlsəfə üzrə fəlsəfə doktoru, “Mərhəmət Ocağı” Qadın və Uşaqların Sosial
İnkişafına Yardım İctimai Birliyinin sədri
17. İsrafilov Həsən Abid oğlu - Kooperasiyanın İnkişafına Dəstək İctimai Birliyinin sədri (elmlər doktoru, professor)
18. İsrafilov Nadir Xudaverdi oğlu - Təhsil eksperti
19. Kazımzadə Elmina Mobil qızı - TEAS Press Nəşriyyat evi, təhsil üzrə məsləhətçi
20. Kərimli Kənan Hicran oğlu - AMS by EA MMC-nin direktoru, təlimçi
21. Məcidova Məryəm Teymur qızı - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri
22. Məmmədov Faiq Rəşad oğlu - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri
23. Məmmədov Gülməmməd Əbülfət oğlu - ADA Universitetində müəllim
24. Mikayılova Ülviyyə Tofiq qızı - Biologiya üzrə fəlsəfə doktoru
25. Mustafayev İlham Abdulla oğlu - İqtisadiyyat üzrə fəlsəfə doktoru
26. Orucov İlqar Nəcibəddin oğlu - Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru
27. Rəhimli Davud Səid oğlu - “Əlil Təşkilatları İttifaqı”nın prezidenti
28. Seyidəliyev Yaşar Nəcməddin oğlu - BDU-nun SABAH qruplarında və Müasir Təhsil Kompleksində müəllim
29. Səfərova İradə Nəriman qızı - Ekspert, təlimçi
30. Sərdarov Elçin Məmmədağa oğlu - “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının üzvü
31. Şəmiyev Ruslan Əmrah oğlu - FHN-nin Akademiyasının Tədris şöbəsinin metodisti
32. Vəliyev Anar Məhəmməd oğlu - ADA Universitetində İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı
33. Yaqubova İradə Nəcəf qızı - “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin sədri, dosent, fəlsəfə doktoru
34. Yusubov Adil Hacıəhməd oğlu - Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində fiziki tərbiyə rəhbəri












