Türkiyədə meşə yanğınları Antalya, Manisa və Kahramanmaraş şəhərlərini bürüyərək otellərə yaxınlaşıb.

QHT.az xəbəbr verir ki, Antalya vilayətinin Kaş, Kəmər və Taşayl rayonlarında, eləcə də Manisa vilayətinin Saruxanlı və Kahramanmaraş vilayətinin Dülkadiroğlu kəndində meşə yanğınları ilə mübarizə davam etdirilir. Yanğınsöndürmə briqadaları alovun qarşısını almağa çalışır. Turistlərin təxliyəsi elan edilməyib.

Qeyd edək ki, yanğınların söndürülməsinə 24 təyyarə, 100 helikopter və 10 pilotsuz uçuş aparatı, həmçinin 25 min yanğınsöndürən cəlb olunub.

 

Pərvanə Fərhadqızı