Zəif qorunma şəraitinə görə ədviyyatların arxeoloji qalıqlarına nadir hallarda rast gəlinir. Vyetnamın cənubunda tapılan üyüdmə daşlarının səthindən çıxarılan ədviyyat hissəciklərin analizi təxminən 2000 il yaşı olduğunu müəyyən edib.
QHT.az xəbər verir ki, ədviyyatlar qədim zamanlardan çox qiymətli olub, müxtəlif mədəniyyətlər arasında körpülərin qurulmasında əsas rol oynayıb. Cənubi Asiya Tunc dövründən bəri ən böyük ədviyyat mənbəyi kimi xidmət edib. Cənub-Şərqi Asiya həm tropik məhsulların mənbəyi, həm də Çin və Hindistan yarımadası arasında coğrafi vasitəçi olmaqla ədviyyat ticarətində mühüm rol oynayıb.
Pərvanə Fərhadqızı












