Rusiyanın genişmiqyaslı işğalı fonunda Ukrayna tankları getdikcə işğalçı ölkənin ərazisindən gələn neftdən hazırlanan yanacaqla işləyir. Bu, Ukraynanın Rusiya neftindən istifadə edən Macarıstan və Türkiyədən getdikcə daha çox dizel yanacağı idxal etməsi ilə bağlıdır.

QHT.az xəbəb verir ki, Ukrayna gömrük orqanları idxalda nəzərəçarpacaq artım olduğunu bildiriblər. Macarıstanın MOL mineral neft qrupu Rusiya neftinin böyük hissəsini aldığı üçün Ukrayna hərbi maşını indi ilk növbədə onun hesabına yanacaq alır. Eyni zamanda, Rusiyadan neft almayan şirkətlər Ukraynada bazar payını itirirlər, çünki MOL digər Avropa neft şirkətləri ilə müqayisədə rəqabət üstünlüyünə malikdir. Məsələ burasındadır ki, Macarıstan qrupunun öz neft emalı zavodlarını Rusiya nefti ilə təchiz etməyə davam etmək üçün Avropa İttifaqından xüsusi icazəsi var.

Qeyd edək ki, yanacaq tədarükü əsasən Polşa vasitəsilə dəmir yolu ilə həyata keçirilir. Yanacaq ölkəyə boru kəməri vasitəsilə Slovakiya və Macarıstandan daxil olur, dizel yanacağı əvvəlcə Rumıniyadan, sonra isə dəmir yolu ilə Ukraynaya daşınır.

 

Pərvanə Fərhadqızı