QHT.az xəbər verir ki, episentri Adananın Kozan rayonu olan 5,5 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin 11,27 kilometr dərinlikdə olduğu müəyyən edilib. Zəlzələnin ətraf əyalətlərdə də hiss olunduğu bildirilib.

 

İlk təsbitlərə görə, Kozan mahalının Tufanpaşa Məhəlləsində zəlzələ nəticəsində tərk edilmiş bir bina zərər görüb. Qismən zədələnmiş və heç kimin yaşamadığı binanın ətrafında ehtiyat tədbirləri görülüb. Digər tərəfdən, rayonda bəzi iş yerlərinə cüzi ziyan dəyib.

 

Pərvanə Fərhadqızı