Türkiyənin Malatya vilayətində 4,6 bal gücündə zəlzələ baş verib.
QHT.az xəbər verir ki, Türkiyə Fəlakətlərin İdarə Edilməsi Təşkilatının məlumatına görə, zəlzələnin mənbəyi 17,3 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, bir neçə tektonik qırılma xətlərinin yaxınlığında yerləşən Türkiyə dünyanın ən aktiv zəlzələ zonalarından biridir. Ölkənin çox hissəsi Anadolu tektonik ərazisində yerləşir. Bu ərazi isə Avrasiya, Afrika və Ərəb tektonik lövhələrinin arasında yer tutur. Ekspertlərin fikrincə, bölgənin ən böyük - Avrasiya və Afrika lövhələri yer dəyişdirdikcə, Türkiyənin ərazisi də sıxılır. Bu isə zəlzələ və təkanların tez-tez baş verməsinə gətirib çıxarır.
Pərvanə Fərhadqızı












