2024-cü ildə 16 yanvarda Bakıda UNEC-in ev sahibliyində Türk Dövlətlər Təşkilatı Türk Universitetlər Birliyinin Baş Assambleyası keçiriləcək.
QHT.az xəbər verir ki, bu gün bununla bağlı təşkilati məsələləri müzakirə etmək məqsədilə TDT Baş Katibinin müavini Sədi Cəfərovla ilə UNEC rektoru Ədalət Muradov görüşüb və müzakirələri tamamlamaq üçün ilin sonuna qədər bir daha görüşmək qərarına gəliblər.
Rektor həmçinin bildirib ki, cari ilin 21-21 noyabrında SPECA-nın Bakıda keçirilən İqtisadi Forumunda UNEC-də Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat üzrə SPECA Regional Araşdırma Mərkəzinin yaradılması ilə bağlı səsləndirdiyimiz təklif qəbul edilib: “Bu gün həmin Mərkəzin yaradılması və fəaliyyətinin təşkili məsələlərini müzakirə etdik. Yeni yaradılacaq Mərkəz Nizami Gəncəvi adına UNEC Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzinin koordinatorluğu ilə fəaliyyət göstərəcək”
Qeyd edək ki, bu gün UNEC Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Sosial-İqtisad Kolleci ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığın nəticəsi olaraq orta ixtisas təhsil məktəblərinin tələbələrinin Mediasiya Şurasında istehsalat təcrübəsi keçməsinə dair müqavilə imzalanıb. 2024-cü ildən etibarən Sosial-İqtisad Kollecinin tələbələrinə ixtisasları üzrə Mediasiya Şurasında və Bakı şəhərində fəaliyyət göstərən mediasiya təşkilatlarında istehsalat təcrübələrini keçmələri üçün uyğun şərait yaradılacaqdır.
Pərvanə Fərhadqızı












