Sessiyada 3039 qrupda 773 fənn üzrə imtahan təşkil olunur.
QHT.az xəbər verir ki, imtahan sessiyası dövründə hər şənbə günü UNEC rektorunun “Açıq Qapı” günləri keçiriləcək. Bütün tədris binalarında fakültələr üzrə İmtahan qərargahları və “Qaynar xətt -1846” xidməti fəaliyyət göstərəcək.
Bütün tələbələrimizə imtahanlarda uğurlar arzulayırıq!












