Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti Macarıstana işgüzar səfərdədir.
QHT.az xəbər verir ki, UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Elçin Eyvazov, UNEC Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev və UNEC Biznes Məktəbinin direktor müavini Vüsal Kərimli Macarıstanın Miskolc şəhərində yerləşən Miskolc Universitetində qonaq olublar.












