Əməkdaşlığın qurulması çərçivəsində Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyi Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar mərkəzi ilə görüş keçirmişdir.

07 iyul 2022-ci il tarixində  İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyi arasında gələcək əməkdaşlığın qurulması istiqamətində görüş keçirilmişdir. Görüşdə təşkilat tərəfdən direktor Çingiz Ramazanlı və Cənub İnzibati Ərazi Nümayəndəliyi üzrə direktor köməkçisi Nicat Ağamaliyev, eyni zamanda da İSİM-nin Səhiyyə Kommunikasiyası şöbəsinin müdiri xanım Laura Quliyeva və İctimai Sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev iştirak etmişlər. 

Görüş nəticəsində bir sıra təşkilati və konstruktiv məsələlər müzakirə olunmuş, gələcəkdə layihələrdə birgə fəaliyyət istiqamətində İSİM-nin resurs və imkanlarından istifadə edilməsi, təşkilat üzvlərinin İSİM tərəfdən öyrədici və maarifləndirmə istiqamətinin metodologiyası yönümlü təlim və seminarlarda iştirakı ilə bağlı söhbətlər aparılmışdır.