"Sağlamlığa Xidmət" İctimai Birliyi azadlığa buraxılan vərəm xəstələrinin müalicəsini davam etdirən Vərəm Əleyhinə Tibb Müəssisəsinə monitorinq və superviziya səfərini davam etdirir.
Bu barədə QHT.az açıqlama verən ictimai Birliyinin koordinatoru Samira Muxtarova qeyd edib ki, bu gün Sumqayıt şəhər Vərəm Əleyhinə Xəstəxanada müalicə alan vərəm xəstəsi ilə görüşüb, müalicə ilə bağlı maarifləndirici sessiya aparıblar.
"Xəstənin 1 aylıq vərəm əleyhinə dərmanları birbaşa həkim nəzarəti altında müalicə olunması məqsədilə müalicə həkiminə təhvil verildi. Yaponiya istehsalı olan süni intellektə malik ən müasir portativ "FDR X- air" adlı rentgen aparatı ilə pasiyentin döş qəfəsi rentgen müayinəsindən keçirildi.
Müalicə sxeminə uyğun olaraq bəlğəm nümunəsi götürüldü və müayinə olunması üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin laboratoriyasına çatdırıldı."












