Vətən müharibəsində 700-dək təhsil işçisi böyük qəhrəmanlıqla döyüşüb.
QHT.az xəbər verir ki, müharibə zamanı 20 nəfər təhsil işçisi şəhid olub. Azərbaycanda elə müəllimlərimiz var ki, 44 günlük müharibədə Vətən uğrunda canlarından keçərək, şəhidlik zirvəsinə ucalıblar. Həm özləri şəhidlik zirvəsinə ucaldı, həm də yetişdirdiyi Vətən övladları.
Düşmənə dərs keçən müəllimlərimizi ehtiramla anırıq, qarşısında baş əyirik. Allah bütün Şəhidlərimizə Rəhmət eləsin!












