Azərbaycan ədəbiyyatında özünəməxsus üslubu olan yenilikçi şair, Prezident təqaüdçüsü Dəyanət Osmanlının tərtib etdiyi poeziya antologoyalarının - 6 kitabın təqdimatı keçiriləcək.

QHT.az xəbər verir ki, təqdimat 18 oktyabr saat 14.00-da Azərbaycan Yazıçılar Birliyində (Bakı, Xaqani küçəsi) olacaq.

Qeyd edək ki, Dəyanət Osmanlı 1995-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1997-ci ildən isə Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür.

Təqdimata bütün kitabsevərlər dəvətlidir.

 

Pərvanə Fərhadqızı