Vətəndaş Cəmiyyəti Təşkilatlarının Dayanıqlıq İndeksi (CSOSI) üzrə sorğu keçrilir

 

QHT.az xəbər verir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə hazırlanan Vətəndaş Cəmiyyəti Təşkilatlarının Dayanıqlıq İndeksi (CSOSI) adlı hesabatın tərtib olunması üçün elektron sorğu keçirilir.

 

Davamlılıq İndeksi hər il 73 ölkədə vətəndaş cəmiyyəti sektorunun dayanıqlığını yeddi ölçü üzrə qiymətləndirir: hüquqi mühit, təşkilatçılıq qabiliyyəti, maliyyə davamlılığı, ictimai vəkillik, xidmət təminatı, sektor infrastrukturu və ictimai imic.

Zəhmət olmasa, sorğu anketini vətəndaş cəmiyyəti sektorundakı 2020-ci il üçün inkişaf və meyllər barədə biliklərinizə əsasən doldurun. Təcrübə və ya məlumatınız olmayan hər hansı bir hissəni boş saxlaya bilərsiz. Sizin təqdim etdiyiniz məlumatlar yalnız İndeks məqsədi ilə istifadə ediləcək və hesabatda adlarınız qeyd edilməyəcək. Sorğu anonimdir, lakin istəsəz adınızı və emailiniz daxil edə bilərsiz.

 

Xahiş olunur sorğunu 5 fevral 2021-ci il tarixədək doldurasınız, link: https://www.surveymonkey.com/r/J566SG2