“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov açıqlamasında özəl pensiya fondlarının yaradılmasının üstünlükləri və problemlərindən danışıb.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, vətəndaşın topladığı vəsaitin vərəsəliklə ötürülməsi və əlavə faiz gəliri əldə etmək imkanı müsbət tərəfdir. Lakin bu vəsaitlərin idarə olunması üçün riskləri minimum olan investisiya sahələrinin azlığı, banklara olan inamsızlıq və inflyasiyadan qorunma çətinliklər yaradır:
"Məsələ hələ müzakirə mərhələsindədir və yaxın gələcəkdə özəl pensiya fondlarının yaradılması mümkündür. Amma əsas sual budur: vətəndaşlar banklarda 11-12 faiz gəlir əldə edə bildikləri halda, pullarını pensiya fondlarına yatırmağa maraqlı olacaqlarmı? Nazirlik və DSMF bu prosesi hərtərəfli öyrənir".
Pərvanə Fərhadqızı












