"2025-ci il qanaxmalara məruz qalan qadın və qızlara həsr olunur. Bu il Azərbaycanda və dünyanın 147 ölkəsində "Qanaxmalara Qadın və Qızlarda məruz qalır" şüarı ilə müxtəlif tədbirlər keçirilir".
QHT.az xəbər verir ki, bu sözləri Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov bildirib. Onun sözlərinə görə, 24 sentyabr 2025-ci il tarixində tərəfimizdən TƏBİB-lə bərabər "Qanaxmalardan əziyyət çəkən qadın və qızların müasir müalicəsinə dair" elmi seminar təşkil olunacaq:
"Seminarda qadın və qızların qanaxmalardan müasir və multidisiplinar müalicəsi, dərman təminatının təkmilləşdirilməsi və digər mühüm məslələr müzakirə olunacaq. Məqsəd, ölkəmizdə müxtəlif diaqnozlarla olan qanın laxtalanma pozğunluğundan əziyyət çəkən qadın və qızlara diqqətin artırılması, diaqnostika və müalicənin təkmilləşdirilməsinə nail olmaqdır".












