Prezident İlham Əliyev “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb və buna əsasən 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün əmək pensiyaları 2025-ci il üzrə orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq 9,3 faiz artırılıb.
QHT.az xəbər verir ki, bunu iqtisadçı millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, indeksləşdirmə yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə olmaqla bütün növ əmək pensiyalarına şamil olunur:
"Artım 2025-ci il dekabrın 31-dək pensiya hüququ qazanmış təxminən 1 milyon 100 min vətəndaşı əhatə edir".












