QHT.az bildirir ki, bu gün Xalq artisti Firəngiz Şərifovanın anadan olmasının 100 illiyi tamam olur.

 

Firəngiz Şərifova 1924-cü il fevralın 6-da Bakıda anadan olub. O, Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsində təhsil alıb. Səhnədə səkkiz yaşında “Oqtay Eloğlu”nda Sevər, daha sonra “Sevil”də Gündüz rollarında çıxış edib. Aktrisa Dövlət Musiqili Komediya, Dövlət Gənc Tamaşaçılar və Akademik Milli Dram teatrlarında çalışıb. “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan “Qaraca qız” (Yasəmən), “Bir ailəlik bağ evi” (Ana), “Qərib cinlər ölkəsində” (Tükəz), “Qətl günü” (Nənə) və s. filmlərdə rollara çəkilib. Görkəmli sənətkar “Xalq Artisti” fəxri adına, Prezident təqaüdünə layiq görülüb, “Şöhrət” ordeni ilə təltif edilib.

 

Tanınmış teatr və kino aktrisası 2014-cü ildə vəfat edib.