Yaponiya sahillərində əlverişsiz hava şəraiti səbəbindən batan yük gəmisinin daha 6 əməkdaşının həyatını itirdiyi açıqlanıb. Fəlakətdə həyatını itirən ekipaj üzvlərinin sayı 8-ə yüksələrkən, 9 nəfərin axtarışları davam edir.
QHT.az xəbər verir ki, Şərqi Çin dənizindəki Danjo adalarından təxminən 110 kilometr qərbdə Malayziyadan gələn 22 ekipajla çevrilən Honq-Konq bayraqlı Jintian gəmisində vəziyyət getdikcə pisləşir.

Təbii fəlakət bölgəsində mülki gəmilər və Yaponiya və Cənubi Koreyanın Sahil Mühafizə Qüvvələri tərəfindən xilas edilən 13 nəfərdən daha 6-nın həyatını itirdiyi açıqlanıb. 4-ü Çinli olmaqla 5 ekipaj üzvünün həyati təhlükəsinin olmadığı qeyd edilərkən, son gedişatla qəzada yaralananların sayı 8-ə yüksəldi. Ölənlərdən 6-nın Çinli, 2-nin isə Myanma vətəndaşı olduğu öyrənilib.