Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin mütəxəssisləri Hayabusa-2 zondundan istifadə edərək Yer kürəsini asteroidlərin təsirindən qorumaq üçün texnologiya hazırlamağı planlaşdırırlar. Bu barədə Yomiuri qəzeti məlumat verib.

QHT.az xəbər verir ki, 2026-cı ilin iyulunda zond diametri təxminən 700 metr olan 2001CC21 asteroidinin yanından saniyədə 5 kilometr sürətlə uça bilər. Qurğu asteroidlə toqquşmayacaq, lakin JAXA əməkdaşları Hayabusa-2-nin uçuş yolunu elə tənzimləyəcəklər ki, o, kosmik obyekt keçərkən 10 kilometrə qədər məsafədə ona yaxınlaşsın.

Belə ki, alimlər asteroid yaxınlığında pilotluq bacarıqlarını tətbiq etməyi planlaşdırırlar. Bu bilik gələcəkdə kosmik obyektlərin Yerə düşməsinin qarşısını almaq üçün zondların onlara yönəldiləcəyi bir vəziyyətdə tətbiq oluna biləcək.

 

 

Pərvanə Fərhadqızı