Böyük Britaniyanın tədqiqatçıları bildiriblər ki, yosunların (spirulina və xlorella) istehlakı insan orqanizmini ekoloji cəhətdən təmiz proteinlə təmin edə bilər.
QHT.az xəbər verir ki, heyvanlara qulluq etməyi və ət məhsullarından çəkinməyi nəzərdə tutan veqanizmin populyarlaşması ilə əlaqədar olaraq, alternativ protein mənbələrinin tapılmasına ehtiyac var. İngilis alimləri aşkar ediblər ki, ən əlçatan iki yosun növü olan spirulina və xlorella orqanizmi bu qida ilə təmin edə bilir.
Alimlər qanda amin turşularının konsentrasiyasını və istirahət və fiziki stress altında toxumalarda miofibrilyar protein sintezinin sürətini qiymətləndiriblər. Məlum olub ki, spirulina qanda amin turşularının konsentrasiyasını xlorella və göbələk mikoproteinlərindən daha tez artırır. Qeyd olunur ki, hər üç maddə həm məşqdən dərhal sonra, həm də bir müddət sonra əzələ toxumasında miofibrilyar zülalın əmələ gəlməsinə kömək edir.
Tədqiqatçılar tədqiqatı yaşlı insanlar kimi müxtəlif əhali qruplarının nümayəndələrini əhatə etməklə genişləndirməyi planlaşdırırlar.
Pərvanə Fərhadqızı












