"Əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkmiş bölgələrdə yaralanan 10 nəfər təyyarə ilə Ankaraya göndərilib.
QHT.az xəbər verir ki, Adanada xəstəxanalara çatdırılan və müayinə edilən yaralıların hava nəqliyyatı davam edir.
Bu çərçivədə aralarında qadın və uşaqların da olduğu 10 nəfər təcili yardım maşınları ilə Adana Hava Limanına gətirilib.
Yaralılar Səhiyyə Nazirliyinə tabe olan 3 təcili yardım maşınında təyyarəyə aparılıb.
Ankaraya aparılan yaralıların müalicəsi bu şəhərdə davam etdiriləcək.












