Hindistanın Qoa əyalətindən olan 12 yaşlı, 8-ci sinif şagirdi lpinist Qunjan Pankaj Prabhu Narvekar unikal rekord yaradıb.
QHT.az xəbər verir ki, valideynləri onun arzularını həyata keçirmək üçün əlindən gələni etdilər ki, o, qorxmadan öz arzularını həyata keçirə bilsin. Belə ki, Alpinist qız Ladax vilayətinin Marxa vadisində 6000 metrdən yuxarı üç zirvəni cəmi 62,5 saata fəth etməklə əvvəlki rekordu qırıb.
O, rekord qıran səyahətinə iyulun 14-də başlayıb. Güncan Ladax bölgəsində yerləşən 6250 m hündürlükdə Kanq Yatse-II, 6097 m hündürlükdə Mallari-I və 6113 m hündürlükdə Reponi Mallari-II zirvələrini 62,5 saat ərzində fəth edib.
Pərvanə Fərhadqızı












