Putinin uzaq qohumunun arvadı, iş qadını Tatyana Putina həbs edilib.

QHT.az xəbər verir ki, qadın Syneil ticarət nişanına qanunsuz sahib olmaqda və dələduzluqda ittiham olunub. Şübhəlinin qohumları və vəkilləri iddia edirlər ki, iş Krasnodarın Qərb dairəsi üzrə İstintaq İdarəsi tərəfindən “icad edilib” və ona nəzarət edilib, çünki iddia edilən işin təşəbbüskarı və Putinin əsas rəqibinin “Syneil”i ələ keçirmək üçün sadəcə qanuni yolları olmayıb.

 

Pərvanə Fərhadqızı