BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı yeni nümayəndəsi Nasar Hayatı rəhbərlik və idarəetmədə 25 ildən çox təcrübəyə malikdir.

QHT.az xəbər verir ki, o, bundan əvvəl FAO-nun Laos Xalq Demokratik Respublikasında nümayəndəsi, FAO-nun Pakistandakı nümayəndəsinin köməkçisi, Pakistanın Ali Komissarının müavini və Maldiv adalarında müvəqqəti işlər vəkili, habelə dövlət sektorunda bir çox vəzifələrdə çalışıb.

Nasar Hayat həmçinin BMT-nin layihələrinin idarə edilməsi, donorlar və beynəlxalq təşkilatlar üçün kənd təsərrüfatının inkişafı, torpaq hüquqları, insan hüquqları və gender məsələləri üzrə fəaliyyət göstərib. O, iqlim dəyişikliyinə uyğunlaşma, səmərəli su ehtiyatlarının idarə edilməsi və heyvan xəstəlikləri ilə mübarizə kimi mühüm sahələrdə çalışıb.

 

Pərvanə Fərhadqızı