"NAYORA-nın Baş katibi olaraq Avropa Şurasının Gənclər Departamenti və Avropa Gənclər Fondunun birgə təşkilatçılığı ilə Fransanın Strasburq şəhərində keçirilən təlim kursunda iştirak etdim".

Bu sözləri Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi Ramin Həbibzadə QHT.az-a açıqlamasında bildirib. O, qeyd edib ki, təlim kursu informativ və maraqlı keçib: "Səfər çərçivəsində, həmçinin Avropa Gənclər Fondunun direktoru Gordana Berjan və direktor müavini Silviya İvanova ilə ikitərəfli fəaliyyətləri müzakirə etdik və mümkün tərəfdaşlıqlarla bağlı fikir mübadiləsi apardıq".

 

Pərvanə Fərhadqızı