Gənc  Vətənpərvərlər İctimai Birlyin mərkəzi qərargahında 2 Fevral-Gənclər gününə həsr olunan tedbir kecirib. 
QHT.az xəbər verir ki, GVİB-nin sədri, İctimai xadim Müqamət Əliyev Gənclər Günü münasibətilə təbrik edərək GVİB-ə üzv olan gənclərin ötən dövr ərzində əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Dövlət Gənclər siyasətinin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilməsi gənclərimizdə böyük ruh yüksəkliyi, işıqlı sabahımıza dərin inam yaratmışdır. Respublika gənclərinin tərkib hissəsi olan Gənc Vətənpərvərlər İctimai Birliyinə üzv olan gənclərimiz də cəmiyyətimizin bütün sferasında əzmkarlıq və fədakarlıq göstərir. İdman siyasətində ən uca zirvələrdə dalğalandıran idmançılarımız, istərsədə digər sahələrdə çalışan gənclərimiz bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında sıx birləşərək ölkəmizin gələcəyi naminə, min illərlə müstəqil yaşaması naminə var qüvvələrini əsirgəmirlər.    
Ölkəmizdə gənc nəslə göstərilən diqqət və qayğı birbaşa dövlət siyasəti ilə bağlıdır. O, gənclərlə bağlı layihə və proqramların uğurla həyata keçirildiyini söyləyib və vurğulayıb ki, Gənclər və İdman Nazirliyinin bu istiqamətdə fəaliyyəti xüsusilə qeyd edilməlidir. 1994-cü ilin iyun ayının 26-da Gənclər və İdman Nazirliyinin yaradıldığına diqqət çəkən M.Əliyev “Ümummilli liderimiz Heydər Əliyev siyasətinin layiqçi davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür. 2007-ci  ilin  ölkəmizdə  “Gənclər  İli”  elan  olunması,  Gənclər  Fondunun  yaradılması, Gənclər üçün  Prezident  mükafatının təsis  edilməsi,  xüsusuilə “2015-2025-ci illərdə  Azərbaycan  gənclərinin  inkişaf strategiyası”da  gənclər  üçün  böyük  perspektivlər  açır. Bütün  bunlarda  məqsəd gənclərin  hərtərəfli inkişafını, cəmiyyətin  həyatında  fəal  iştirakını  təmin  etmək məqsədini  daşıyır. GVİB üzv olan gənclər də respublikamızın ictimai- siyasi həyatında həmişə öz fəallıqları ilə seçilmişlər.  Onlar  ölkə Prezidenti ətrafında six birlik nümayiş  etdirərək, onun daxili və xarici siyasəti  ilə həmrəy olduqlarını öz əməli işləri ilə təsdiq   etmişlər.
Gənclərimiz əsl vətənpərvərlər kimi yetişməlidirlər. Onların hər biri vətəni, torpağı  həmyerlimiz, Azərbaycanın Milli Qəhrəmanı Mübariz  İbrahimov  kimi sevməli, lazım gəldikdə canından keçməyi bacarmalıdırlar.Gənclərin Azerbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması qanunun əsasını təşkil edir. Gənclərin yaradıcılıq qabiliyyətinin üzə cıxarılması, ölkenin inkişafına və ümummilli problemlərinin həllinə səfərbər olunması əsas istiqamətlər kimi müəyyənləşdirilib. Azərbaycanımızı müstəqil bir dövlət olaraq inkişaf etdirən, Ulu Öndərimizin siyasi kursunu layiqincə yerinə yetirən prezident İlham Əliyev gənclərin hərtərəfli inkişafı lazımı yardım göstərir”.
Tədbirdə bir qrup gəncə fəal iştirakına və gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə görə Gənc Vətənpərvərlər İctimai Birliyinin fəxri diplomu və Təşəkkürrnama ilə təltif olunub. Qeyd edək ki, təltif olunanlar sırasında Vətən müharibəsi iştirakçıları da yer alıblar.