Diqqət! Sabunçu rayonu, Maştağa qəsəbəsində Ə.Vahid adına  293 № li tam orta məktəbdə  "Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək!" layihəsinin təqdimatı keçirilib.
 

Oktyabr 2022-ci il tarixində "Oriqami" uşaq və yeniyetmələr ictimai birliyi Sabunçu rayonu ,Maştağa qəsəbəsində yerləşən Ə.Vahid adına 293 № li tam orta məktəbdə   ."Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək !" layihəsinin təqdimatını keçirmişdir. Layihənin təqdimatında pedaqoji heyyətin ibtidai sınıf müəllimləri iştirak etmişlər. Layihənin rəhbəri  N.Nəcəfov "Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək !" layihəsinin məqsəd və vəzifələrindən danışmış,müəllimlərin suallarına cavab vermişdir.