Bbir neçə gündür Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” hazırlanıb.
Sözügedən layihə artıq nazirliyin saytında yayımlanıb.
Qaydalarda qeyd olunur ki, şagirdlər şəxsi gigiyena qaydalarına riayət etməli, dərs zəngindən əvvəl üst geyimi (palto, papaq, kapüşonlu jaket və s.) çıxarmalı, ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarına aid qaydalara riayət etməli (məktəbli forması, ayaqqabı və s.), geyim səliqəli və təmiz olmalı uzunluğu çiyindən aşağı olan saçları səliqəli şəkildə arxadan toplamalı, fiziki tərbiyə dərsləri üçün məktəbin geyim qaydalarına riayət etməlidirlər.
Şagirdlərə tətbiq olunan qadağalar:
- çox dar geyim
- hündürdaban ayaqqabı
- dizdən yuxarı olan ətək
- zinət əşyası və bahalı saat kimi aksesuarlar
- qeyri-adi saç düzümü və saç rəngi
- uzun və rəngli dırnaqlar
- makiyaj, saqqal.












