Taylandın cənubunda yağan leysan yağışlar doqquz əyalətdə genişmiqyaslı daşqınlara səbəb olub və ən azı 19 nəfərin ölümü ilə nəticələnib.
QHT.az xəbər verir ki, “300 ildə bir dəfə” müşahidə olunan güclü fırtına suyun səviyyəsinin bəzi ərazilərdə iki metrdən çox qalxmasına gətirib çıxarıb. Xilasetmə əməliyyatları iflic olduğu üçün ordu prosesə müdaxilə edərək bölgəyə tibbi ləvazimat, ərzaq və xilasedici qüvvələr göndərib. Hat Yai şəhərində suyun səviyyəsi 2,5 metrə qədər yüksəlib və minlərlə ev tamamilə yararsız vəziyyətə düşüb. Ümumilikdə 2,1 milyon insan təbii fəlakətdən zərər çəkib, on minlərlə sakin sığınacaqlara təxliyə olunub.
Daşqın ölkənin rezin sənayesinə, enerji sisteminə və yüzlərlə fabrikə ciddi ziyan vurub. Fəlakət həmçinin qonşu Malayziyanı da təsirləndirib və 19 mindən çox insanın təxliyəsinə səbəb olub.
R.İmanov












