Odlar Yurdu Universitetinin Strateji İnkişaf və Karyera Departamentinin rəhbəri, iqtisadçı-ekspert Aslan Əzimzadə elmi fəaliyyətinə görə “İlin elmi tədqiqatçısı” mükafatına layiq görülüb.

QHT.az xəbər verir ki, mükafatla bağlı fikirlərini bölüşən Aslan Əzimzadə ilk olaraq Odlar Yurdu Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib:

“‘İlin elmi tədqiqatçısı’ seçildiyimə görə ilk növbədə Odlar Yurdu Universitetinin rəhbərliyinə – xüsusilə də dəyərli rektorumuz Prof. Dr. Əhməd Vəliyevə, həmçinin elmi mühitin inkişafı və keyfiyyət təminatı sahəsində göstərdiyi ardıcıl dəstəyə görə Elmi işlər və keyfiyyət təminatı üzrə prorektor Prof. Dr. Fəxrəddin Məmmədova səmimi təşəkkürümü bildirirəm. Elmə göstərilən diqqət və dəstək bizim üçün həm motivasiya, həm də məsuliyyətdir.”

Daha sonra iqtisadçı mükafatı öz elmi yolunda böyük rol oynayan elmi rəhbəri, tanınmış iqtisadçı-alim Prof. Dr. Elşad Məmmədova ithaf etdiyini vurğulayıb:

“Bu mükafatı bütün fəaliyyətim boyunca mənə istiqamət göstərən, elmi düşüncə tərzimi formalaşdıran, hər addımımda dəstəyini hiss etdiyim Elmi Rəhbərim Prof. Dr. Elşad Məmmədova ithaf edirəm. Onun səbirli yanaşması, yüksək tələbkarlığı və müəllimlik borcuna sadiqliyi bu nailiyyətdə ən böyük paydır. Elm yolunda irəliləmək mənə həm şərəf, həm də hədsiz məsuliyyət verir. Göstərilən etimadı doğrultmaq üçün daha çox çalışmağa davam edəcəyəm. Təşəkkür edirəm!”

 

Pərvanə Fərhadqızı