Ohayo ştatının Qrov Siti şəhərində beş yaşlı Adrian anasına hücum edən şəxsin tutulmasında əsas rol oynayıb.

QHT.az xəbər verir ki, Qida bankında 20 yaşlı Şalik Binq qadına hücum edib, onun açarlarını alaraq avtomobilini oğurlamağa çalışıb. Adrian hücumçunun arxasınca qaçaraq açarları geri alıb və anasına qaytarıb, polis isə qısa müddət sonra Binqi həbs edib.

Hadisə ilə bağlı polis leytenatı uşağın təhlükəyə girməməli olduğunu bildirsə də, Adrianın cəsarətinin təsirli və təqdirəlayiq olduğunu vurğulayıb.

 

R.İmanov