Türkiyənin Muğla şəhərində ötən gün şimşək çaxması nəticəsində 36 nöqtədə meşə yanğınları baş verdiyi bildirilib.

QHT.az xəbər verir ki, göy gurultulu leysan yağışlar səbəbiylə Muğla və rayonlarında ildırım çaxıb. Meşə yanğını 36 bölgədə ildırım vurub. İldırımın səbəb olduğu meşə yanğınları qurudan və havadan edilən müdaxilələrlə böyümədən söndürülüb. Yanğınlara havadan və qurudan müdaxilə edilərkən, quruya çıxışı olmayan ərazilərdə və sahilə yaxın ərazilərdə müdaxilə qayıqlarla dənizin üzərindən keçərək həyata keçirilib.

 

Pərvanə Fərhadqızı