Britaniya alimləri müəyyən ediblər ki, nəqliyyat və sənaye tullantıları nəticəsində yaranan hava çirkliliyi arıların fəaliyyətini pisləşdirir.

QHT.az xəbər verir ki, həşəratların çiçək qoxusunu duyması 90 faiz çətinləşir. Havadakı ozonun çiçək qoxusunun strukturuna təsirini izləməyə imkan verən külək tunelindən istifadə ediblər. Məlum olub ki, ozon ölçüsünü azaldıb, həm də aromasını dəyişib. Eyni qoxu qarışığını tanımaq üçün öyrədilmiş bal arıları daha sonra ozonla dəyişdirilmiş yeni qoxulara məruz qalıblar. Bu, çiçəklərin qoxusunu müəyyən etməyi çətinləşdirirdi, çünki həşəratlar gələcəkdə eyni növ tapmaq üçün kimyəvi birləşmələrin unikal birləşməsini yadda saxlayırlar. Xüsusilə, arıların 52 faizi qoxunu 6 metr məsafədən, 38 faizi 12 metr məsafədən tanıyır. 

Tədqiqatçılar qeyd edirlər ki, ozon həşəratların qoxu ilə əlaqəli digər davranışlarına, məsələn özünə həyat yoldaşı cəlb etmək və tapmaq qabiliyyətinə də təsir edə bilər.

 

Pərvanə Fərhadqızı