İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli QHT.az-a açıqlamasında bildirib ki, ölkədə 4-5 faiz həcmində sabit inflyasiya iqtisadi aktivliyi və sabitliyi təmin edə bilər.
QHT sədri vurğulayıb ki, bu səviyyədə inflyasiya həm daxili, həm də xarici iqtisadi göstəricilərə müsbət təsir göstərə bilər:
"Belə inflyasiya ölkəmizin ixrac potensialını gücləndirə bilər. Sabit qiymətlər sabit xarici valyuta axınını təmin edir. Digər tərəfdən, bu inflyasiya tələbatı da sabitləşdirir ki, bu da idxal imkanlarına müsbət təsir göstərir və qiymət artımının qarşısını alır. Nəticədə daxili istehsal və ixrac imkanları genişlənə bilər."
İqtisadçı qeyd edib ki, manatın məzənnəsinin sabit qalması və proqnozların reallığı əks etdirməsi şəraitində bu iqtisadi vəziyyət ölkə üçün çox müsbət dinamika yaradacaq.
Pərvanə Fərhadqızı












