İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev QHT.az-a açıqlamasında bildirib ki, Azərbaycanda rəsmi göstərilən inflyasiya real vəziyyəti tam əks etdirmir və reallıqda daha yüksək ola bilər:

“Azərbaycanda müəyyən səviyyədə inflyasiyanın olması normaldır. Hər il iqtisadiyyatın təbii gedişi ilə inflyasiya davam edir. Ümumi məhsulun hesablanmasında istifadə olunan deflyator vasitəsi inflyasiyanın təsirlərini kənara qoyaraq real gəlirləri göstərir. İllər ərzində ümumi məhsulun hesablanmasında istifadə olunan deflyator vasitəsi də inflyasiyanın təsirlərini kənara qoyaraq real gəlirləri önə çıxarmağa imkan verir.”

QHT sədrinin sözlərinə görə, ərzaq məhsullarının qiymətləri qlobal ərzaq və enerji qiymətlərinin artması fonunda yüksəlir və bu tendensiya həm yaxın, həm də uzaq qonşulara təsir göstərir. Azərbaycanda əhalinin daha çox istifadə etdiyi ərzaq məhsullarının qiymətinin artması da bu qlobal təsirlərdən asılıdır:

"Enerji və nəqliyyat xərclərinin artması da qiymətlərə təsir göstərir. Bundan əlavə, Rusiya-Ukrayna münaqişəsi və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, ölkəmizin idxal və ixrac əlaqələrinə təsir edir".

Ardı var...

 

Pərvanə Fərhadqızı