ABŞ-da, mart ayına girdiyimiz kimi, ölkənin qərb və şimal-şərq hissələri qarla örtüldü, nəqliyyatın böyük təsir göstərdiyi bəzi ştatlarda məktəblər bağlandı.

QHT.az xəbər verir ki, ölkənin hava şəraitini izləyən Wheather Channel, ABŞ-ın orta qərb və şərq bölgələrində güclü qar yağmasından sonra ölkənin bir ucundan o biri ucuna təsirli olacaq buzlanma və fırtına xəbərdarlığını edib.

Meteoroloji xidmət həftəsonundan bəri qar və çovğunun təsiri altında olan Kaliforniya və Sietldə nəqliyyatın çərşənbə axşamına qədər təhlükəli olacağı barədə xəbərdarlıq edib.

Həftənin böyük bir hissəsində gecə temperaturunun donmadan aşağı düşəcəyi gözlənildiyi üçün Los-Ancelesin şimal bölgəsində istilik problemi olan sakinlər üçün sığınacaqlar açılıb.

Milli Meteoroloji Xidmət Tahoe gölünün ətrafındakı dağlıq ərazidə qar uçqunlarının düşə biləcəyi, qarşıdakı iki gün ərzində qarın təxminən 1,8 metr olacağı barədə xəbərdarlıq edib.

Ölkənin şimal-şərqindəki Rod-Aylend, Konnektikut, Nyu-York və Nyu-Cersi ştatlarında güclü qarın bu gün də davam edəcəyi bildirilib.

Massaçusets Körfəzinin Nəqliyyat İdarəsi (MBTA) qar yağmasının səbəb olduğu elektrik kəsilməsi səbəbiylə nəqliyyatın kəsildiyini açıqlasa da, Nyu York və Nyu Cersi ştatlarının bəzi yerlərində hava şəraiti ilə əlaqədar təhsildə fasilələr yaranıb.

Digər tərəfdən, FlightAware-in məlumatına görə, qar fırtınası səbəbindən ölkənin hava nəqliyyatında mindən çox reys gecikib, 473 reys isə ləğv edilib.