Livanda martın 1-dən etibarən bazarlarda məhsulların qiymət etiketləri Livan lirəsi əvəzinə dollarla əvəz olunacaq.
QHT.az xəbər verir ki, Livanın ticarət naziri Emin Selam 3 ildir yaşanan iqtisadi böhranla eyni vaxtda lirənin dollar qarşısında ucuzlaşması və bu səbəbdən bəzi bazarlarda məhsulların baha qiymətə satılmasının qarşısını almaq üçün aldıqları yeni qərarla bağlı məlumat verib.
Martın 1-dən etibarən ölkə daxilində bütün bazarlarda qiymət etiketlərinin lirə əvəzinə dollarla göstəriləcəyini bildirən Selam, vətəndaşların məhsulları real qiymətə ala biləcəyini söylədi.












