İranın cənub-qərbindəki Fars əyalətində 4,6 bal gücündə zəlzələ baş verib.
QHT.az xəbər verir ki, İranın Milli Seysmoloji Mərkəzinin məlumatına görə, episentri Fars əyalətində olan 4,6 bal gücündə zəlzələ axşamüstü qeydə alınıb.
Zəlzələ yerin 10 kilometr dərinliyində baş verib.
Zəlzələdən sonra can və ya mal itkisinin olub-olmaması ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Fevralın 21 və 22-də əyalətin Dorz kəndində 5,2 və 5,5 bal gücündə zəlzələlər baş verib.












