Raket Kaliforniyada yerləşən Vandenberq Hərbi Hava Qüvvələri bazasından buraxılıb. ABŞ ordusu Sakit Okean üzərində Minuteman III qitələrarası ballistik raketini partladıb. Bu qərar sınaq zamanı yaranan anomaliyaya görə verilib.

QHT.az hesabata əsasən xəbər verir ki, raket Kaliforniya ştatında yerləşən bu bazadan buraxılıb. Anomaliya sınaq zamanı gözlənilmədən baş verən hər hansı hadisədir. Bu cür anomaliyalar müxtəlif amillərə görə baş verə biləcəyi üçün "uğursuzluğun" səbəbini müəyyən etmək üçün əlavə təhlil tələb olunacaq.  

Hazırda nasazlığın səbəblərini müəyyən etmək üçün xüsusi komissiya yaradılır. Onun tərkibinə Hərbi Hava Qüvvələri Qlobal Hücum Komandanlığı, 377-ci Sınaq və Qiymətləndirmə Qrupu, Təhlükəsizlik Müdirliyi və Hərbi Hava Qüvvələrinin Nüvə Silahları Mərkəzi, eləcə də digər təşkilatların nümayəndələri daxil olacaq.

 

Pərvanə Fərhadqızı