Böyük Britaniyada keçirilən Ümumdünya Süni İntellekt Təhlükəsizliyi Sammitində ABŞ, Çin və digər 26 ölkə süni intellektni “fəlakətli zərər” verməkdən qorumaq üçün birlikdə işləmək barədə razılığa gəliblər.
QHT.az xəbər verir ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak iki günlük sammitdən sonra verdiyi açıqlamada, ölkələr "süni intellektin risklərini həll etmək və təhlükəsizlik və qabaqcıl süni intellekt tədqiqatları sahəsində həyati əhəmiyyətli beynəlxalq əməkdaşlığı inkişaf etdirmək üçün ortaq məsuliyyət götürdülər" dedi. O, bu sazişi dünyanın böyük dövlətlərinin yeni texnologiyaların tənzimlənməsində əməkdaşlığa hazır olduğunu nümayiş etdirən “görkəmli nailiyyət” adlandırıb. Bununla belə, Çin tərəfi ilə Qərb ölkələri arasında ticarət, təhlükəsizlik və insan hüquqları kimi sahələrdə mövcud olan mürəkkəb əlaqələri nəzərə alaraq, Çinin iştirakı xüsusilə vacibdir. 
Səudiyyə Ərəbistanı, Avropa İttifaqı və Yaponiya da daxil olmaqla, birgə bəyanatı imzalayan dövlətlər “insan mərkəzli, etibarlı və məsuliyyətli süni intellektin təhlükəsizliyini təmin etmək üçün inklüziv şəkildə birlikdə çalışacaqlarını” vəd ediblər.


Pərvanə Fərhadqızı