Vəhşi cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

QHT.az xəbər verir ki, Rusiyanın Nijnekamsk şəhərində (Tatarıstan Respublikası) Kronştadtın Müqəddəs Saleh İoann kilsəsinin keşişi, keşiş Mixail Zubarev arvadı Viktoriyanı bıçaqlayaraq öldürüb, sonra isə onu parçalayıb. Cütlüyün birlikdə iki övladı var idi.

İki azyaşlı - 8 yaşlı qız və 17 yaşlı oğlan anasız qalıb. Kişi arvadının başını soyuducuda gizlədib, ananın qalıqlarını ilk olaraq qızı tapıb, daha sonra oğlu gəlib təhlükəsizlik qüvvələrini çağırıb. Uşaqlar psixoloji yardım üçün xəstəxanaya aparılıb. Əsas versiya Zubarevin həyat yoldaşını qısqanclıq zəminində öldürməsidir.

 

Pərvanə Fərhadqızı