ABŞ-ın Texas ştatı Meksikadan qeyri-qanuni keçidin qarşısını almaq üçün Rio Qrande çayı üzərində “üzən divar” inşa etməyə başlayıb.

QHT.az xəbər verir ki, çayda 305 metr uzanacaq divarın sərhəd təhlükəsizliyini təmin edəcəyini düşünülür. İyulun 10-da tikintisinə başlanılan şlaqbaumun iki həftəyə başa çatdırılması nəzərdə tutulur. Amma bunun nəticə verib-verməyəcəyi ilə bağlı müxtəlif fikirlər var. Sərhədi yoxlayan ekspertlər üzən maneənin heç kimə mane olmayacağını şərh edərək, bunu “sürətin tıxanmasına” bənzədiblər. 

 

Pərvanə Fərhadqızı