Hüquq və İnsan Haqları İnstitutu hüquqşünasları və hüquqşünas tələbələri təlimə dəvət edir
QHT.az xəbər verir ki, Hüquq və İnsan Haqları İnstitutu ilə Avropa Şurası arasında bağlanılmış 192/2023 saylı anlaşmaya əsasən, İnstitut 27 iyul 2023-cü il tarixində “AİHK-nın 6-cı maddəsi. Azərbaycan ədalət mühakiməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış bucağında” mövzusunda yarımgünlük təlim keçirir.
Təlim İnstitutumuzun təlimçi-ekspertləri tərəfindən keçiriləcək.
Qeyd edək ki, təlimə Vəkillər Kollegiyasının üzvləri (gənc vəkillər), hüquqşünas tələbələr, praktik hüquqşünaslar dəvətlidir. İştirak etmək istəyənlər öz CV-lərini [email protected] elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər.
Təlimin gündəliyi iştirakçıların elektron poçtuna göndəriləcək.
Müraciət üçün son tarix: 21 iyul 2023-cü il, saat 12:00.
Təlimin keçiriləcəyi ünvan: Bakı, Nəsimi rayonu Mərdanov qardaşları küç.117 C, Ritz plaza, 7-ci mərtəbə. Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin konfrans zalı olacaq.
Pərvanə Fərhadqızı












