Hindistan iyulun 14-də “Chandrayaan-3” pilotsuz kosmik gəmisini Aya doğru uğurla buraxıb. 

QHT.az xəbər verir ki, Hindistan Kosmik Tədqiqatlar Təşkilatı Andhra Pradeşdəki Satish Dhawan Kosmik Mərkəzindən buraxılış görüntülərini yayımladı.

Sanskrit dilində "Ay avtomobili" mənasını verən Chandrayaan-3, Ayın az öyrənilmiş cənub tərəfini araşdırmaq üçün nəzərdə tutulub. Lakin əvvəlcə onun Yer peykinin səthinə uğurla enməsi lazımdır. Əvvəllər bunu yalnız Çin, Sovet İttifaqı və ABŞ bacarırdı. Çandrayaan-3-ün 23 və ya 24 avqustda Aya eniş cəhdi edəcəyi gözlənilir.

 

Pərvanə Fərhadqızı