QHT.az xəbər verir ki, Abşeron rayonunda Uşaq Səfirlər Məclisinin fəallarının təşəbbüsü və Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə şagirdlər üçün iki əhəmiyyətli maarifləndirici təlim təşkil olunub.
"Məktəbdə Davranış Qaydaları" Təlimi:
Uşaq Səfirlər Məclisinin Abşeron rayonu üzrə fəalı Ömər Zaidovun təşəbbüsü ilə keçirilən bu təlimdə şagirdlərə məktəbdaxili intizam qaydaları izah edilib. Təlim zamanı qaydalara əməl etməyin vacibliyi vurğulanıb və bu davranışların məktəb həyatında müsbət təsirləri haqqında ətraflı məlumat verilib.
"Türk Dünyasının Tarixi" Təlimi:
Digər təlim isə Məclisin fəalı Zəhra Əliyevanın təşəbbüsü ilə baş tutub. Tədbirdə türk dövlətlərinin zəngin tarixi və mədəniyyəti haqqında məlumatlar iştirakçılara təqdim edilib. Təlimdə tarixi irsimizin qorunması və gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti vurğulanıb.
Hər iki tədbir şagirdlərin biliklərini artırmaq və onların ictimai fəallığını stimullaşdırmaq məqsədilə təşkil edilib. Təlim iştirakçıları bu cür maarifləndirici təşəbbüslərin davamlı olmasını alqışlayıblar.
Pərvanə Fərhadqızı












